Kimyaterapiya (Tibbi Onkologiya)
Bölmə Haqqında
Xərçəng xəstəliyi – dünyada və Türkiyədə getdikcə geniş yayılan və artmaqda davam edən ciddi bir sağlamlıq və həyat problemidir. Xərçəng xəstəliyi həyati təhlükəsi olan xəstəliklər arasında, ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutur. Ölkəmizdə ən çox xərçəng xəstəlikləri qadınlarda rast gəlinir: süd vəzisi, qalxanabənzər vəz (tiroid), bağırsaq, yumurtalıqvə ağciyər. Kişilərdə isə ağciyər, prostat, bağırsaq, sidik kisəsi və mədə xərçəngi daha çox rast gəlinəndir.
Xərçəng xəstəliyi diaqnozu və müalicəsi bir çox ixtisas sahəsinin əməkdaşlığı ilə multidisiplinar (fənlərarası) yanaşma ilə həyata keçirilməlidir. Bu ixtisas sahələrindən biri olan “Tibbi onkologiya”, xərçəng xəstəliyin dərmanla müalicəsi deməkdir. Memorial Sağlamlıq Qrupunun onkologiya mərkəzlərinin tibbi onkologiya şöbələrində xərçəng xəstəliyinin müalicəsində kimyaterapiyalar, məqsədəmüvafiq dərman və molekullar, homonterapiya və immunoterapiya və bioloji müalicələr yerinə yetirilməkdədir. Klassik kimya müalicələrindən fərqli olaraq, bu günlərdə rahatlığı təmin etmək məqsədini qarşıya qoyan “ağıllı” dərmanlar fərdə müvafiq olaraq tətbiq olunur. Kimyaterapiya, cərrahi müdaxilədən əvvəl şişi kiçiltmək, və ya ondan sonra qoruyucu məqsədli olaraq istifadə edilməklə yanaşı, eyni zamanda lokal müalicə üsullarından biri olan radioterapiyadan əvvəl, sonra və ya hər ikisi birlikdə olaraq da tətbiq edilə bilər. Çünki sitotoksik preparatlarla yerinə yetirilən kimyaterapiya xüsusi bir ixtisas mövzusudur. Təsirli dozalarda tətbiq olunacaq dərman müalicəsinin, eyni zamanda xəstədə meydana gələ biləcək əlavə təsirlərin nəzarət altına alınaraq tətbiq olunmasına əsaslanır.
Tibbi onkologiya şöbəsində tətbiq edilən müalicə üsullarına aşağıdakılar daxildir.
KİMYATERAPİYA
Kimyaterapiya nədir?
Kimyaterapiya, şişin dərmanla müalicəsi deməkdir. Cərrahiyyə və şüa terapiyası ilə birlikdə kimyaterapiya şişlərin müalicəsinin çox vacib bir hissəsidir. Kimyaterapiya şiş hüceyrələrini öldürür və ya şişin böyüməsini dayandırmağa çalışır. Bəzən tək, bəzən bir neçə dərman müxtəlif yollarla tətbiq edilir.
Kimyaterapiya kim tərəfindən tətbiq olunur?
Kimyaterapiya ilə maraqlanan elm sahəsinə “Medikal onkologiya” və ya “Tibbi onkologiya”, bu sahədə çalışan həkimə "Medikal onkoloq” (“Tibbi onkoloq”) deyilir. Tibbi onkologiya ayrı bir ixtisas sahəsidir, tibbi onkoloq şiş xəstəliyinin müalicəsində ixtisaslaşmış daxili xəstəliklər üzrə tibb mütəxəssisidir. Şiş terapiyası komanda işidir və bu komandanın bütün üzvlərinin yerləşdiyi mərkəzlərdə tətbiq edilməlidir. Bu komandada şiş cərrahiyyəsi ilə əlaqədar ekspert-cərrah, şüa müalicəsi (radioterapiya) ilə əlaqədar radiasiya onkoloqu, kimyaterapiya və xəstəyə qulluq (dəstək müalicəsi) ilə əlaqədar tibbi onkoloq olmalıdır.
Kimyaterapiyanın tətbiqində məqsəd nədir?
Şiş xəstəliyinin növü və xəstənin xüsusiyyətləri də daxil olmaqla, müxtəlif səbəblərə görə kimyaterapiya tətbiq oluna bilər:
- şişləri tamamilə aradan qaldırmaq və xəstəni müalicə etmək üçün;
- şişin yayılmasının qarşısını almaq üçün;
- şişlərin böyüməsini dayandırmaq və ya yavaşlatmaq üçün;
- şişin səbəb olduğu simptomları aradan qaldırmaq üçün.
Effektiv müalicə üsulu olmasına baxmayaraq, kimyaterapiya bəzi hallarda şişləri tamamilə məhv edə bilmir, yalnız simptomları aradan qaldıraraq yaşamağı rahatlaşdıra bilər. Bəzi şişlər üçün yeganə müalicə üsulu elə kimyaterapiyadir. Digər şiş xəstəliklərində isə kimyaterapiya digər müalicələrlə (cərrahiyyə və radioterapiya) dalbadal və ya eyni vaxtda tətbiq edilə bilər. Məsələn, əməliyyatdan öncə şişi kiçiltmək üçün, əməliyyatdan sonra şişin yayılmasının qarşısını almaq üçün kimyaterapiya tətbiq oluna bilər. Eyni tətbiqetmələr radioterapiyanın əvvəlində və sonrasında yerinə yetirildiyi kimi, radioterapiya ilə eyni vaxtda müxtəlif üsullarla da kimyaterapiya tətbiq oluna bilər.
Kimyaterapiyanın tətbiqinin davametmə tezliyi və müddəti nə qədərdir?
Müalicənin müddəti və davametmə tezliyi xəstəliyin və xəstənin vəziyyəti üçün xüsusi olaraq seçilmiş kimyaterapiya qrafikindən asılıdır. Müalicə nəticəsində əldə edilən cavaba əsasən, müalicənin müddəti və tezliyi və baş verən əlavə təsirlər həkim tərəfindən dəyişdirilə bilər. Ümumiyyətlə, ən çox istifadə edilən fasilələr 3 və ya 4 həftə olmaqla, bəzi müalicə qrafiklərinə əlavə olaraq həftəlik və ya iki həftədən bir tətbiq olunan müalicələr var. Kimyaterapiyanın tətbiq edilmə vaxtı üzrə ən vacib və ya hətta həyati əhəmiyyət daşıyan məqam müalicənin mümkün olduğu qədər müntəzəm və əlavə təsirlərlə icazə verilmiş ölçüdə olmaqla vaxtında aparılmasıdır. Müalicə fasilələri lazımsız şəkildə uzandıqda, şişin özünü bərpaetmə və dərmanlara qarşı müqavimət göstərmə riskini artırır. Bu şəkildə şiş böyüməyə və yayılmağa davam edir, müalicədə uğur əldə etmək şansını azaldır. Xəstələr kimyaterapiya təyinatlarında mütləq həkimin tövsiyələrindən kənara çıxmamalıdırlar.
Hər hansı bir səbəbdən müalicədən imtina etməzdən əvvəl, problemləriniz barədə mütləq həkiminizlə danışmalı və kömək istəməlisiniz.
Müalicə günlərində mütləq yatın. Özünüzü yaxşı hiss etmədiyiniz səbəbdən müalicə gününüzü heç vaxt dəyişdirməyin.
Evdə istifadə etməyə məcbur qaldığınız dərmanları qəbul etdiyinizə mütləq əmin olun.
Əks təqdirdə, natamam müalicədən yaranan müalicənin uğursuzluğu ilə rastlaşmaq mümkün ola bilər.
Kimyaterapiya harada tətbiq edilir?
Kimyaterapiya, mütləq bu sahədə təhsilə malik olan peşəkar insanların çalışdığı mərkəzlərdə tətbiq edilməlidir. Həkimin məlumat və icazəsi olmadan, qətiliklə hər hansı bir xəstəxanada və ya evdə təcrübəsi olmayan hər hansı bir səhiyyə işçisi tərəfindən kimyaterapiya tətbiq edilməməlidir.
Bölmə Həkimləri
Memorial İstanbul Şişli Xəstəxanası
Memorial İstanbul Ataşehir Xəstəxanası
Memorial Ankara Xəstəxanası
Memorial Antaliya Xəstəxanası
Memorial Kayseri Xəstəxanası
Memorial Diyarbakır Xəstəxanası
Antaliya Lara Tibb Mərkəzi
Digər Bölmələr
- Ağciyər Cərrahiyyəsi
- Ağır Çəkidən Müalicə Mərkəzi
- Ağrı terapiyası (Alqologiya)
- Akupunktur Mərkəzi
- Allergiya Xəstəlikləri
- Andrologiya
- Anesteziya və Reanimasiya
- Aviasiya Tibbi
- Ayaq Sağlamlığı Mərkəzi
- Bakteriyalogiya və Mikrobiologiya
- Baş Ağrısı Mərkəzi
- Baş Həkimlik
- Beyin Sağlığı Koruma Programı
- Beyin və Sinir Cərrahiyyəsi (Neyrocərrahiyyə)
- Biokimya Laboratoriyası
- Böyrək Nəqli Mərkəzi
- Checkup (Tibbi Müayinə)
- Damar Cərrahiyyəsi Reanimasiya Mərkəzi
- Daxili xəstəliklər
- Doğum və Ginekologiya Mərkəzi
- Döş qəfəsi (Ağciyər xəstəlikləri)
- Döş Sağlamlığı Mərkəzi
- Düzgün Gidalanma və Diyeta Mərkəzi
- Dəri - zöhrəvi xəstəlikləri (Dermatologiya)
- Elekta Versa HD SIGNATURE
- Endikrinologiya və Metabolizm xəstəlikləri
- Estetik, Plastik və Rekonstruktiv Cərrahiyyə
- Evdə Tibbi Xidmət
- Fizioterapiya və Reabilitasiya
- Genetik Laboratoriya
- Genetik Xərçəng Xəstəlikləri Klinikası
- Ginekoloji onkologiya (Qadın xərçəngləri)
- Göz xəstəlikləri (Oftalmologiya)
- Hematologiya
- Kardiologiya
- Kimyaterapiya (Tibbi Onkologiya)
- Konsultasiya Psixiyatriyası
- Koronar Reanimasiya Mərkəzi
- Kosmetik Dermatologiya (Kosmetologiya)
- Mikrobiologiya Mərkəzi
- Nefroloqiya
- Neonatoloji Reanimasiya Mərkəzi
- Nevroloqiya
- Obscene Child Policlinic
- Onkologiya Mərkəzi
- Onkolojik Cerrahi Merkezi
- Orqan Nəqli (Transplantasiyası)
- Ortopediya və Travmatologiya
- Pediatrik Ağciyər Xəstəlikləri
- Pediatrik Cerrahiyyə
- Pediatrik Urologiya
- Pediatriya
- Perinatologiya (Yüksək riskli hamiləliklər)
- PET/CT
- Proktologiya Mərkəzi (Hemarroid və Anorektal xəstəlikləri bölməsi)
- Psixiatriya
- Psixoloqiya
- Qan Köçürmə Mərkəzi
- Qaraciyər Nəqli Mərkəzi
- Qastroenterologiya
- Qulaq, Burun və Boğaz Xəstəlikləri
- Radiologiya
- Radionuklid
- Radionuklid Müalicə Bölməsi
- Robotik Böbrek Nakli Merkezi
- Robotik Cərrahiyyə Mərkəzi
- Robotlaşdırılmış Reabilitasiya Mərkəzi
- Stomatologiya
- Sümük iliyi transplantasiyası Mərkəzi (Kök hüceyrə transplantasiyası Mərkəzi)
- Süni mayalanma (IVF) və hamiləlik mərkəzi
- Tibbi Onkologiya (Kimyaterapiya)
- Tomosynthesis
- Toxuma Tipi və İmmunologiya Laboratoriyası
- Triaj
- TrueBeam
- Təcili Tibbi Yardım
- Tənəffüs Müalicəsi Mərkəzi (Nəfəs Müalicəsi)
- Uroginekologiya (Qadın urologiya Mərkəzi)
- Urologiya
- Uşaq allergiyası
- Uşaq endikrinologiyası
- Uşaq Hematologiyası
- Uşaq İnfeksiya Xəstəlikləri
- Uşaq Kardiologiyası
- Uşaq mədə-bağırsaq xəstəlikləri
- Uşaq neyrologiyası
- Uşaq Onkologiyası
- Uşaq Sümük İliyi Nəqli Məntəqəsi
- Uşaq və yeniyetmə psixiatriyası (Uşaq psixiatriyası)
- Yara təhlili və Müalicə Mərkəzi
- Yoluxucu xəstəliklər və Klinik mikrobiologiya
- Yuxu Problemleri Müalicəsi Mərkəzi
- Ümumi Cərrahiyyə
- Ümumi Reanimasiya
- Ürək və nevrologiya mərkəzi (Neyromuskulyar xəstəliklər)
- Ürək-damar cərrahiyyəsi (KVC)
Xəstəxanalarımız
- Memorial İstanbul Şişli Xəstəxanası
- Memorial İstanbul Ataşehir Xəstəxanası
- Memorial Ankara Xəstəxanası
- Memorial Antaliya Xəstəxanası
- Memorial Kayseri Xəstəxanası
- Memorial Diyarbakır Xəstəxanası
- Memorial Dicle Xəstəxanası
- Memorial İstanbul Hizmet Xəstəxanası
- Medstar Antalya Xəstəxanası
- Medstar Topçular Xəstəxanası
- Memorial Wellness (Sağlamlıq Mərkəzi)
- İstanbul Etiler Tibb Mərkəzi
- Antaliya Lara Tibb Mərkəzi